15 sentyabr 2023, 15:10

Həbib Rəsulov, Şahverən Cavadov və Nuranə Fərəcovadan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı, o cümlədən biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonunda olan 26 kilometrlik hissəsinin əsaslı təmir edilməsi barədə Sizin 2023-cü il sentyabrın 8-də verdiyiniz Sərəncam biz astaralıları hədsiz sevindirmişdir. Müasir dövrdə yolun hər bir yaşayış məntəqəsi üçün əhəmiyyəti olduqca böyükdür. Xüsusilə qeyd edərdim ki, dövləti sərhədi istiqamətində yerləşən avtomobil yolunun həm respublikamız, həm də rayonumuz üçün daha böyük uğurlar gətirəcəyinə inanıram.

Bu Sərəncam bütün ölkə əhalisinə, o cümlədən astaralılara olan diqqət və qayğının ifadəsidir. Biz çox sevindik. Allah həmişə Sizi sevindirsin.

Hörmətlə,

Rəsulov Həbib,

Cavadov Şahverən,

Fərəcova Nuranə.

Azərbaycan Respublikası, Astara şəhəri.