Ruşan və Vəng kənd ziyalılarından, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi qüdrəti hər gün daha da artır. Şəhər və rayonlarımızda aparılan möhtəşəm tikinti və quruculuq işləri əhalinin rifahına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edir.
Cənab Prezident, “İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2023-cü il 11 sentyabr tarixli Sərəncamınız rayon sakinlərində böyük sevinc hissi yaratmışdır. Ümumilikdə 9 kəndin və 10 mindən çox insanın içməli su ilə təminatının yaxşılaşdırılmasını nəzərdə tutan bu Sərəncamınızın rayonumuz üçün əhəmiyyəti böyükdür.
Ona görə də biz – Ruşan və Vəng kəndlərinin sakinləri Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Ruşan və Vəng kənd ziyalıları adından dərin hörmət və ehtiramla,
Məmmədov İnqilab Balaş oğlu,
Cəfərov Şirxan Məmmədqulu oğlu,
Məmmədov Sahib Cərulla oğlu,
Məmmədov Tahir Şəmdin oğlu,
Əmirov Əvəz Əmralı oğlu,
Məmmədov Rövşən Əsəd oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Ruşan kəndi.