Elşən Uluxanlıdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mirəsgər Seyidovun anası Zenfira Seyidova ilə “Ziyəddinoğlu” MMC arasında yaranmış problemin həlli bəzi səbəblərdən müşkülə çevrilmişdi. Nəhayət, bu ilin avqust ayında Sizə ünvanladığımız müraciətdən qısa müddət sonra məni və Zenfira ananı müvafiq dövlət qurumuna çağırdılar və bütün problemlər yerindəcə həll edildi.
Möhtərəm Prezident!
Şəhid Milli Qəhrəman anasının problemlərinin həllində göstərdiyiniz köməyə, diqqət və qayğıya görə Zenfira ananın adından, təşkilatımız və şəxsən öz adımdan Sizə minnətdaram!
Azərbaycan dövləti və xalqı var olsun!
Allah Sizi qorusun!
Hörmətlə,
Uluxanlı Elşən,
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.