Valeh Salehovdan, İsmayıllı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Rayonumuzun hər bir sakini daim Sizin diqqət və qayğınızla əhatə olunub.
İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında imzaladığınız 2023-cü il 11 sentyabr tarixli Sərəncamınızla kəndlərin içməli su probleminin həllinə başlanılması mühüm hadisədir və sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Biz İsmayıllılar bu xoş xəbərə görə Sizə hədsiz təşəkkürümüzü və minnətdarlığımızı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin tərəqqisi və xalqımızın xoş gələcəyi naminə apardığınız ardıcıl, məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
İsmayıllı rayon ictimaiyyəti adından hörmətlə,
Salehov Valeh, ağsaqqal.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.