18 sentyabr 2023, 11:55

Xalid Qüdrətovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahının yaxşılaşması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı Sərəncamınız Astara rayonunun Şüvi kəndinin əhalisinin böyük sevincinə səbəb oldu. Təmir olunacaq yol sakinlərimizin rayon mərkəzinə, eləcə də qonşu Lənkərana gediş-gəlişini asanlaşdıracaq.

Mən bir vətəndaş kimi bu Sərəncamı çox bəyənir və dəstəkləyirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Qüdrətov Xalid Əli oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Şüvi kəndi.