Yeganə Əliyevadan, Astara, Azərbaycan
Hörmətli cənab Prezident.
Xalqımızın ziyalı təbəqəsi olaraq, biz də Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyir və alqışlayırıq. Xüsusən 44 günlük Vətən müharibəsində Sizin möhkəm iradənizin və şanlı Ordumuzun sayəsində Azərbaycan xalqının qəhrəmanlığı dünyaya bir daha sübut olundu.
Siz həmişə hər bir vətəndaşın Prezidenti olmusunuz.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin təmiri ilə bağlı 2023-cü il 8 sentyabr tarixli Sərəncamınız astaralılar üçün böyük əhəmiyyət kəsb edir.
Əziz Prezidentimiz, Astara rayon Pensər kənd M.F.Axundov adına 1 saylı tam orta məktəbin bütün heyəti adından Sizə təşəkkür edirəm.
Hörmətlə,
Əliyeva Yeganə Sabir qızı,
Pensər kənd 1 saylı tam orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.