07 sentyabr 2012, 16:05
Şəhriyar Mehdiyevdən, Ağdam, Azərbaycan
Cənab Ali Baş Komandan!
Yeritdiyiniz məqsədyönlü daxili və xarici siyasətiniz, həmişə olduğu kimi, yenə də öz bəhrəsini vermişdir. Vətənpərvərlik nümunəsi olan ordumuzun zabiti Ramil Səfərovun sağ-salamat Vətənimizə qaytarılması və əfv edilməsi böyük humanistlik və cəsarət tələb edirdi. Bu xüsusiyyət ancaq Sizə, ən güclü siyasətçiyə, mərd, qətiyyətli sərkərdəyə, Ali Baş Komandana məxsus ola bilər. Xalqımızın hər bir nümayəndəsi kimi biz də Sizinlə fəxr edirik. Azərbaycan Prezidentinə eşq olsun!
“Kapital Bank”ın rayon filialının əməkdaşları və Qarabağ müharibəsi veteranları adından hörmətlə,
Mehdiyev Şəhriyar,
Azərbaycan Respublikası, Ağdam rayonu