16 sentyabr 2023, 15:53
Hidayət Nifdullayevdən, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən birinci dərəcəli hərbi əliləm. Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Mən və ailə üzvlərim əhatə olunduğumuz qayğıya, həmçinin rayonumuzda şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən diqqətə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan regionda ən inkişaf etmiş ölkəyə çevrilmişdir. Yüksək idarəçilik bacarığınız sayəsində Azərbaycanda sabitlik və əmin-amanlıq bərqərar olmuşdur. Bütün bunlara görə Sizə çox sağ olun deyirik.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Nifdullayev Hidayət,
Azərbaycan Respublikası, Saatlı şəhəri.