19 sentyabr 2023, 12:00

Ramin Əliyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncama görə Astara rayonu Toradi kənd tam orta məktəbinin kollektivi adından Sizə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən tədbirlər bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də öz müsbət nəticələrini göstərməkdədir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bölgələrimizdə həyata keçirilən layihələr, yeni tikilən və təmir olunan məktəb binaları cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Bütün bunlara görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Ramin Əliyev, Astara rayonu Toradi kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Astara rayonu, Toradi kəndi.