20 sentyabr 2023, 13:13
Ələkbər İsayev və Azər Kişiyevdən, Astara, Azərbaycan
Hörmətli cənab Prezident!
“Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2023-cü il 8 sentyabr tarixli Sərəncamınıza görə Sizə təşəkkürümüzü bildiririk.
Yolun əsaslı təmir ediləcək hissəsi Astara rayonu ərazisinə düşür. Elə buna görə də rayon sakinləri sevinc içərisindədirlər. İnanırıq ki, strateji əhəmiyyətli bu yolun tam gücü ilə işləməsi nəticəsində həm Astaranın, həm də ümumilikdə ölkəmizin iqtisadi imkanları daha da artacaq.
Cənab Prezident, Kijəbə qəsəbə sakinləri adından Sizə bir daha təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
İsayev Ələkbər,
Kişiyev Azər.
Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.