19 sentyabr 2023, 17:48

Səncərədi kəndinin ziyalılarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında imzaladığınız Sərəncama görə Sizə Səncərədi kənd ziyalıları adından təşəkkürümüzü bildiririk. Cənab Prezident, respublikamızın rayonları, o cümlədən Astara rayonu gündən-günə dəyişir, gözəlləşir. Bütün bunlar Sizin məqsədyönlü şəkildə apardığınız islahatların və yürütdüyünüz siyasətin nəticəsidir. Çox sağ olun!

Sizə cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Astara rayonu, Səncərədi kəndinin ziyalılarından.

Azərbaycan Respublikası, Astara rayonu, Səncərədi kəndi.