Şəhid ailəsinin üzvündən, Sumqayıt, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Ən əvvəl, Sizə Azərbaycan Respublikasının işıqlı gələcəyi və Azərbaycan xalqının maddi rifahının yüksəldilməsi istiqamətində apardığınız ağır və şərəfli işlərdə uğurlar arzulayıram. Eyni zamanda, bildirirəm ki, apardığınız məqsədyönlü işləri bəyənir və hamımız Sizi dəstəkləyirik. Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə Azərbaycan vətəndaşları firavan həyat tərzi sürürlər.
Mən bir şəhid ailəsi kimi, Sizə bu minnətdarlıq məktubunu göndərməyi özümə borc bildim. Çünki Siz biz şəhid ailələrinə hər zaman qayğı göstərmiş, bizi ümidsiz qoymamısınız. Belə ki, mənim oğlum Pirişov Hüseyn Kamil oğlu neft sahəsi üzrə bakalavr və magistratura təhsili almışdır. Müraciətim nəzərə alınaraq, oğlum Dövlət Neft Şirkətinin müvafiq idarəsində mühəndis vəzifəsinə işə qəbul olunub. Şəhid ailəsi kimi mənə göstərilən köməklik şəhid həyat yoldaşımın ruhuna olan ehtiramın bariz nümunəsidir.
Cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm ki, siz şəhid ailələrinə və qazilərə ən yüksək səviyyədə diqqət və qayğı göstərirsiniz. Allah Sizin kölgənizi başımızın üstündən əskik etməsin.
Bütün ailəmiz adından Sizə bir daha dərin minnətdarlığımızı bildirirəm!
Hörmətlə,
Muradova Qəndab, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 12-ci mikrorayon.