Həbibulla Zahirov və Salam Quliyevdən, Astara, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz ölkəmizə rəhbərlik etdiyiniz dövrdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasını hər zaman xüsusi diqqətdə saxlamısınız və bu istiqamətdə çox mühüm işlər görmüsünüz. Elə bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın etibarlı tranzit ölkələrindən və logistika mərkəzlərindən birinə çevrilməkdədir.
“Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2023-cü il 8 sentyabr tarixli Sərəncamınızı da bu işlərin davam etdirilməsinə mühüm töhfə hesab etmək olar. Sərəncam əsasında yolun əsaslı təmir ediləcək 26 kilometrlik hissəsi Astara rayonu ərazisinə düşür. Bu səbəbdən rayon sakinləri sevinc içərisindədirlər.
Cənab Prezident, Siyaku və Qapçıməhəllə kəndlərinin sakinləri adından Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Ulu Tanrı yolunuzu hər zaman hamar və açıq etsin!
Hörmətlə,
Zahirov Həbibulla,
Quliyev Salam.
Azərbaycan Respublikası, Astara rayonu, Siyaku kəndi.