20 sentyabr 2023, 10:31

Solmaz Məmmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim 82 yaşım var. Atam İkinci Dünya müharibəsində həlak olmuşdur. Ömrümün ən xoşbəxt illəri Ulu Öndərin və Sizin rəhbərlik etdiyiniz dövrə düşür.

Sizin göstərişinizlə dövlətimiz tərəfindən aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Aztəminatlı vətəndaş olaraq mənə göstərilən yardım bunun bariz nümunəsidir. Çox sağ olun!

Cənab Prezident, mən Gəncə şəhər sakini olaraq şəhərimizdə görülən işlərə görə də Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədova Solmaz,

Azərbaycan Respublikası, Gəncə şəhəri.