Şəhid atasından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mənim oğlum – gizir Raqib Əzizov 2020-ci il dekabrın 9-da şəhid olmuşdur. Oğlum ailəli idi, iki azyaşlı övladı var.
Bir müddət öncə dövlət tərəfindən şəhidin ailəsi üçün Masallı şəhərinin Ə.Topçubaşov küçəsində fərdi yaşayış evinin tikintisinə başlanılıb. Bu yaxınlarda evin açarı bizə təqdim edildi. Evdə yaşamaq üçün bütün lazımi şərait yaradılıb. Bu kimi addımlar Azərbaycan xalqında birlik, vətəndaşlarda ölkəmizə qarşı güvən yaradır.
Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və hazırda Sizin davam etdirdiyiniz siyasətin ən önəmli parçalarından biri də ölkəmizdəki şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır.
Bu qayğını üzərimizdən əskik etməyərək, bizi hər bir şəraitlə təmin etdiyiniz üçün bütün şəhid ailələri adından Sizə və Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərimizi çatdırıram.
Hörmətlə,
Əzizov Vidadi Xankişi oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Masallı rayonu, Yolağac kəndi.