06 sentyabr 2012, 16:00

Həşim Rüstəmov, Ucar, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Biz Ucar rayon “Cümə” məscidinin dini icmasının üzvləri Ramil Səfərovu əfv etməyinizlə bağlı Sərəncama görə Sizə təşəkkür edirik. Siz Ulu Tanrının buyurduğu kimi özünün və Vətəninin şərəfini uca tutan bir insanı azadlığa çıxardınız. Bu özü böyük savabdır.

Allah Sizi qorusun!

Hörmətlə,
Rüstəmov Həşim Abdulsəməd oğlu, “Cümə” məscidi dini icmasının sədri.

Azərbaycan Respublikası, Ucar rayonu.