20 sentyabr 2023, 11:20
Nəcməddin Rəhmanovdan, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ermənistanın və onun yaradıb dəstəklədiyi qondarma separatçı qurumun təxribatlarının və terror hadisələrinin qarşısının alınması məqsədilə başladılan antiterror tədbirlərində əsgərlərimizi dəstəkləyirəm. Şərəfli Azərbaycan əsgərinin formasını geyinərək cəbhəyə getmək, torpaqlarımızı erməni faşistlərindən və terrorçularından tamamilə azad etmək üçün əmrinizi gözləyirəm.
Sizinlə qürur duyuram, cənab Ali Baş Komandan!
Qarabağın tam mərkəzində bayrağımızı dalğalandıranlardan biri olmaq arzusu ilə əmrinizə hər zaman hazıram.
Hörmətlə,
Rəhmanov Nəcməddin Şəfayət oğlu,
Vətən müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Masallı şəhəri.