21 sentyabr 2023, 11:42
Pərviz Usubovdan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan.
Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirilmiş antiterror tədbirlərini tam dəstəklədiyimi ifadə edirəm. Bu qərar məhz Sizin qətiyyətli mövqeyinizin bariz nümunəsidir.
Biz müzəffər xalq olaraq dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş istənilən qanunsuz hərəkətlərə heç bir zaman səssiz qalmayacağıq.
Biz hər zaman Sizin qətiyyətli addımlarınızı dəstəkləyir və müzəffər Ordumuzla qürur duyuruq.
Yaşasın müzəffər xalqımız və rəşadətli Ordumuz!
Hörmətlə,
Usubov Pərviz
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.