06 sentyabr 2012, 16:06

Zenfira Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqımızın qeyrətli oğlu Ramil Səfərovu Vətənə qaytarmağınıza və onu əfv etməyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz ən böyük hörmət və ehtirama layiq Prezidentsiniz və bu humanist əməlinizlə xalqın daha böyük məhəbbətini qazandınız. Siz doğrudan da mərhum Heydər Əliyevin layiqli davamçısısınız. Allah ona rəhmət eləsin. Sizə isə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda yeni-yeni qələbələr arzulayıram.

Dərin hörmətlə,

Məmmədova Zenfira Abbasəli qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsi ev 1, mənzil 3.