Rafiq Rəhimovdan, Lerik, Azərbaycan
Hörmətli Prezidentimiz!
Xalqımızın igid oğlu Ramil Səfərovun qaytarılması və onun əfv edilməsi haqqında Sərəncamınız bütün xalqımız kimi biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin də hədsiz sevincinə səbəb oldu və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident!
Siz bu cəsarətli addımınızla təkcə bizim deyil, yer üzündə yaşayan bütün soydaşlarımızı sevindirdiniz. Bu gün bütün insanlar Sizin humanizmə, insanlığa və demokratiyaya xidmət edən bu qərarınızı alqışlayır. Biz Lerik rayonundan olan Qarabağ əlilləri və şəhid ailələri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizə yar olsun və o gün olsun ki, uğrunda canımızı qoyduğumuz, şəhidlər verdiyimiz Vətən torpaqlarında, Sizin rəhbərliyinizlə düşmən üzərində zəfər bayramını qeyd edək. Biz Qarabağ müharibəsi əlilləri bu amal uğrunda bu gün də döyüşə atılmağa hazırıq.
Hörmətlə,
Rəhimov Rafiq, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Lerik rayon şöbəsinin sədri,
Veysəl Məlikov, Milli Qəhrəman atası,
Əlizahid Müslümov, şəhid atası,
Ulduz Novruzov, Qarabağ müharibəsi əlili,
Namiq Əliyev, Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Lerik rayonu.