22 sentyabr 2023, 13:26

Bayram Orucov və başqalarından, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il sentyabr ayının 7-də baş vermiş təbii fəlakətlər – güclü külək və dolu nəticəsində yaşadığımız binalara və fərdi yaşayış evlərinə böyük ziyan dəymişdi. Təbii fəlakətlərin fəsadları ilə yerində tanış oldular və dəymiş ziyan qısa müddət ərzində aradan qaldırıldı.

Bir daha gördük ki, dövlətimiz hər zaman olduğu kimi öz vətəndaşının yanındadır.

Cənab Prezident, göstərilən bu diqqətə və qayğıya görə Sizə öz adımızdan və ailələrimiz adından dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Orucov Bayram,

Ziyəddinova Bəsdi,

Hüseynov Nadir,

Nəsibova Mehparə,

Mustafayeva Fəridə.

Azərbaycan Respublikası, Zaqatala şəhəri.