22 sentyabr 2023, 16:00

Fatma Şərifova və Anar Alışovdan, Balakən, Azərbaycan

Əziz Prezidentimiz.

Bu il sentyabrın 7-də baş vermiş qasırğa nəticəsində Balakən rayonunun mərkəzində yaşadığımız çoxmənzilli binanın dam örtüyü tamamilə uçmuş, mənzillərimizə su sızmışdı.

Var olsun dövlətimiz! Problemlərimizlə yerindəcə tanış oldular. Sizin göstərişinizlə binamıza dəymiş zərər qısa müddət ərzində aradan qaldırılaraq dam örtüyü möhkəm düzəldildi.

Cənab Prezident, Sizin hər zaman vətəndaşların yanında olmağınız bizi qürurlandırır.

Zəfərli Azərbaycanda yaşamaq bizim üçün fəxrdir.

Dərin hörmətlə,

Şərifova Fatma,

Alışov Anar.

Azərbaycan Respublikası, Balakən şəhəri.