23 sentyabr 2023, 11:15

Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan

Cənab Prezident!

Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələri ilə bağlı xalqımıza etdiyiniz müraciət ölkəmizin hər bir yerində olduğu kimi, Masallı ictimaiyyəti tərəfindən də böyük qürurla izlənildi. Sizin kimi qətiyyətli, cəsarətli, müdrik liderimizin olması ilə bir daha fəxr etdik. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın gücünü, qüdrətini, öz ərazi bütövlüyünü təmin etməkdə və qorumaqda nə qədər qətiyyətli olduğunu bir daha gördü.

Əziz Prezidentimiz, biz tam şəkildə əminik ki, Sizin uğurlu xarici siyasətiniz sayəsində Azərbaycanımızın beynəlxalq miqyasda nüfuzu getdikcə daha da artacaq.

Bu yolda Sizə bol-bol uğurlar arzu edirik.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Niftiyev Ələşrəf, Masallı Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Masallı rayonu.