06 sentyabr 2012, 15:55
Balaş Hüseynovdan, Şirvan, Azərbaycan
Möhtərəm İlham Heydər oğlu!
Bu teleqramı Sizə ünvanlamaq şövqunu məndə Ramil Səfərovun Vətənimizə gətirilməsi xəbəri yaratdı. Bir ağsaqqal olaraq hədsiz fəxr və ölçüyəgəlməz sevinc hissi hər bir Azərbaycan vətəndaşı kimi məni də öz ağuşuna alıb. Ali Baş Komandan olaraq öz əsgərinizə və Prezident olaraq vətəndaşınıza olan diqqət və qayğınız, humanist davranışınız məni riqqətə gətirmişdir. Bir daha məndə sarsılmaz inam yarandı ki, Azərbaycan xalqının sevinci, xoşbəxt gələcəyi Sizinlə bağlıdır. Sizə ulu tanrıdan bütün işlərinizdə uğur və qələbələr, eyni zamanda uzun ömür və cansağlığı diləyirəm.
Hörmətlə,
Hüseynov Balaş Niyyət oğlu, el ağsaqqalı, qocaman pedaqoq,
Azərbaycan Respublikası, Şirvan şəhəri, F.Cavadova küçəsi, ev 44.