06 sentyabr 2012, 14:44

Mollakənd kəndinin ziyalılarından, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz Azərbaycan xalqını ürəkdən sevindirdiniz. Sizin düşünülmüş və düzgün xarici siyasətiniz nəticəsində Ramil Səfərovun Azərbaycana gətirilməsi və azadlığa buraxılması mümkün oldu. Neçə il idi biz bu gözəl günü gözləyir və inanırdıq ki, bu qeyrətli oğulu Vətən darda qoymayacaq. Çox sağ olun. Kəndimizin ziyalıları adından Sizə öz minnətdarlığımızı bildirir, Sizi təbrik edirik. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Mollakənd kəndinin ziyalıları.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.