06 sentyabr 2012, 13:35

Mahmud Baxşıyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Macarıstanda uzun müddət həbsdə olan qoçaq zabitimiz Ramil Səfərovun Azərbaycana təhvil verilməsinə nail olmağınız və onu əfv etməyiniz bütün Azərbaycan xalqı kimi biz Astaralıları, o cümlədən, Şüvi kənd sakinlərini, dini icma üzvlərini ürəkdən sevindirdi. Buna görə də Sizə öz dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Qadir Allahın köməyi ilə Siz işğal altında olan torpaqlarımızı da azad edəcəksiniz. Gələcək fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik.

Dərin hörmətlə,

Baxşıyev Mahmud Məmmədhəsən oğlu,

Şüvi kənd dini icmasının sədri.

Azərbaycan Respublikası, Astara rayonu.