25 sentyabr 2023, 15:43

Emil Əsgərovdan, Mosva, Rusiya

Hörmətli cənab Prezident.

işğal altında olan torpaqların tam geri qaytarılması münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Mən Azərbaycan vətəndaşı olmasam da, Azərbaycan xalqına qarşı törədilmiş bu tarixi ədalətsizlikdən, cinayətdən həmişə narahat olmuşam.

Məhz Sizin müdrik siyasətiniz və Azərbaycan xalqının mərdliyi sayəsində 31 il ərzində həllinə doğru qətiyyətlə addımlanan məqsədlərə nail olundu.

Regionun bərpası və inkişafı istiqamətində fəaliyyətinizdə Sizə bundan sonra da uğurlar arzulayır, Azərbaycan xalqına birlik və firavanlıq diləyirəm.

Hörmətlə,

Əsgərov Emil Camal oğlu, tibb elmləri namizədi.

Rusiya Federasiyası, Moskva şəhəri.