27 sentyabr 2023, 10:51

Günel Qədirlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərinin nəticələri ilə bağlı sentyabrın 20-də xalqa etdiyiniz müraciət hər bir azərbaycanlı üçün sonsuz sevinc və qürur mənbəyi oldu. Sizin rəhbərliyinizlə cəmi bir gün davam edən bu tədbirlər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Nəticədə separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Beləliklə, tariximizə daha bir parlaq səhifə yazıldı.

Hörmətli Prezident, Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etmisiniz. Sizin “Qarabağ Azərbaycandır!” ifadəniz bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu birlik və həmrəyliyi heç vaxt heç nə sarsıda bilməz.

Bayrağımız daim zirvələrdə dalğalansın!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qədirli Günel.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.