27 sentyabr 2023, 11:35

Tofiq Şahmarovdan, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan!

Bu il sentyabrın 19-20-də müqəddəs Qarabağ torpaqlarında qanunsuz erməni silahlı birləşmələrinə qarşı Sizin göstərişiniz əsasında həyata keçirilmiş antiterror tədbirləri Sizin və Azərbaycan xalqının iradəsinin ifadəsidir.

Son dövrlərdə erməni terroristlər tam azğınlaşmışdılar. Lənət olsun onların ədalətsiz tərəfdarlarına.

Cənab Ali Baş Komandan, biz polis veteranları Vətənimiz naminə istənilən çağırışa və əmrinizə yüksək vətənpərvərlik hissi ilə hazır olduğumuzu bildiririk.

Xalqımız Sizin arxanızdadır.

Allah Sizə kömək olsun!

Hörmətlə,

Şahmarov Tofiq Şirin oğlu,

Masallı rayon polis şöbəsi üzrə veteranlar şurasının sədri.

Azərbaycan Respublikası, Masallı şəhəri.