07 sentyabr 2012, 18:25
Ramiz Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Bütün Azərbaycan xalqına, dünya azərbaycanlılarına sevinc bəxş edən Sərəncamınız bizim hər birimizin qəlbini riqqətə gətirdi. Sevincimizin həddi-hüdudu yoxdur. Sizin Azərbaycan zabitinə verdiyiniz qiymət Vətən torpağına olan hədsiz məhəbbətinizin nəticəsidir. Siz bir daha bütün dünyaya bəyan etdiniz ki, Azərbaycan heç vaxt öz vətəndaşını, öz əsgərini arxa-dayaqsız qoymayacaqdır. Xalqımızda qələbə əzmini artırdığınıza, göstərdiyiniz qətiyyət və cəsarətə görə Sizə olan məhəbbətimiz birə-min artdı.
Çox sağ olun, yaşasın Prezident! Yaşasın Azərbaycan!
Hörmətlə,
Məmmədov Ramiz, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.