30 sentyabr 2023, 12:00

Aytən Tağıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə səhiyyə sisteminin inkişafı üçün həyata keçirilən tədbirlər öz müsbət nəticələri ilə vətəndaşları məmnun edir. Xüsusilə icbari tibbi sığortanın tətbiqi vətəndaşlarımız üçün yüksək keyfiyyətli tibbi xidmətin əlçatanlığını təmin edib.

Səhiyyə ocaqlarının da təmiri və müasir tibbi avadanlıqlarla təmin olunması, hər yerdə tibbi personalın xəstələrə qayğı göstərməsi ölkəmizdə insan sağlamlığının diqqətdə saxlanıldığını göstərir.

Bu yaxınlarda anamın səhhətində yaranan problemlərlə bağlı müraciət etdiyimiz tibb ocağında vətəndaşlara göstərilən yüksək qayğının şahidi oldum. Anam peşəkar həkimlərdən aldığı müalicələr sayəsində sağlamlığına qovuşdu.

Vətəndaşlara göstərilən diqqət və qayğıya, səhiyyəmizin inkişafı üçün görülən tədbirlərə görə Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Tağıyeva Aytən

Azərbaycan Respublikası, Bakı şəhəri.