30 sentyabr 2023, 14:40
Yəhya Qafarovdan, Lənkəran, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Siz adını Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk etmiş xilaskarısınız! Azərbaycanın bu gün yürütdüyü uğurlu xarici və daxili siyasətin banisi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun “Biz bütün işğal altında olan torpaqlarımıza gedəcəyik, inanin ki, gedəcəyik” sözləri xalqı daim ümidləndirdi, ruhlandırdı.
Bu günlərdə Sizin və Ordumuzun növbəti qələbənizi sevinc göz yaşları ilə qarşıladım.
Allah Sizi, ailənizi, Ordumuzu, xalqımızı, dövlətimizi daim müzəffər etsin. Azərbaycan müstəqil və güclü dövlətdir, hansısa qüvvə onun qarşısını kəsə bilməz.
Hörmətlə,
Qafarov Yəhya Hacıəli oğlu.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.