07 sentyabr 2012, 16:35

Kənd İcra nümayəndələri, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu günlərdə bütün Azərbaycan xalqına hədsiz sevinc bəxş etdiniz.

Xalqın əsl Prezidenti və qətiyyətli rəhbəri kimi Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu Vətəninə qaytararaq dərhal əfv etdiniz. Çünki Ramil Səfərov cəsarət və şücaət göstərərək Vətəninin bayrağının şərəfini qorumuş və həbsdə olduğu müddətdə də özünü layiqincə aparmış, ruhdan düşməmiş, sarsılmamışdır. Ona görə ki, onun arxasında Azərbaycan və Sizin kimi Prezident dururdu.

Hörmətli Prezident!

Çox sağ olun ki, bu addımınızla xalqımızın qələbəyə inamını artırdınız və Azərbaycan gəncliyinə nümunə olan Ramil Səfərovu azadlığa qovuşdurdunuz. İnanırıq ki, Sizin kimi Prezidenti, Ramil Səfərov kimi zabitləri olan Azərbaycan tezliklə öz ərazi bütövlüyünü də bərpa edəcəkdir.

Tanrı Sizi qorusun!

Qarasu, Şilyan, Böyük Kəngərli, Muradxan, Mehdili, Xurdaray, Kərrar, Sığırlı kəndlərinin sakinləri adından kənd İcra nümayəndələri.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.