Azər Binnətovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq Qələbəsi XX-XXI əsrlər tarixinin ən qanlı və faciəvi hadisələrindən birinə - Ermənistanla uzun sürən münaqişəyə böyük nida işarəsi qoydu.
Bu ilin sentyabrında 24 saat davam edən antiterror tədbirləri nəticəsində Silahlı Qüvvələrimiz Qarabağdakı qanunsuz separatçı hərbi birləşmələrini sarsıdıcı məğlubiyyətə uğratdı, onu darmadağın və faktiki olaraq məhv etdi.
Qələbə hamımızı sevindirdi. Bu qələbələr biz Qərbi azərbaycanlıları həm qürurlandırır, həm də arzularımızın həyata keçəcəyinə olan inamımızı gücləndirir. Bütöv bir mahalın adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.
Siz bizim fəxrimizsiniz. Siz bütün Azərbaycan xalqının qürurusunuz. Siz Azərbaycanın başını uca etdiniz!
Hörmətlə,
Binnətov Azər Şəmistan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.