07 sentyabr 2012, 10:40

Sürayyə Zeynalovadan, Saatlı, Azərbaycan

Cənab Prezident!

Azərbaycan xalqının və dövlətinin şərəfi naminə Macarıstan həbsxanasında yatan Ramil Səfərovu Azərbaycana gətirib ayağı Azərbaycan torpağına dəyən kimi əfv etdiyinizə görə Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və öz adımdan böyük minnətdarlığımızı bildiririk. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Azərbaycanın bütün regionlarının inkişafı naminə çox böyük işlər görürsünüz. Bura muzeyimizin yeni tikilmiş möhtəşəm binası da daxildir. Bunun sayəsində biz tariximizin təbliğində, maddi-mədəniyyət abidələrimizin mühafizəsində var gücümüzlə çalışmaq imkanı qazanırıq. Sevinirik ki, Siz bu addımınızla Azərbaycan tarixinə yeni bir səhifə yazdınız. Bütün xalqımız kimi Sizi sevir və ətrafınızda sıx birləşirik. Biz əminik ki, Qarabağın da azad edilməsinə gücünüz çatacaq. Qoy Allah Sizə yar olsun.

Hörmətlə,

Zeynalova Sürayyə,

Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Azərbaycan Respublikası, Saatlı rayonu