06 oktyabr 2023, 15:12
Allahşükür Zahidovdan, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz altında Qarabağda keçirilən antiterror tədbirləri suverenliyimizin tam təmin olunması, illərlə davam edən qanlı erməni separatizminin, qondarma xunta rejiminin birdəfəlik ləğvi, əlləri xalqımızın qanına bulaşmış Xocalı, Gəncə qatillərinin həbsi ilə yekunlaşdı.
İnanırıq ki, dövlətimizi parçalamaq siyasəti güdənlər qanun qarşısında layiqli cəzalarını alacaqlar.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Allahşükür Zahidov, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Masallı şəhəri.