Günel Qasımovadan, Bakı, Azərbaycan
Hörmətli Prezidentimiz!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına nail olduğunuza, düşməni təslim olmağa məcbur etdiyinizə və sürətlə bərpa-quruculuq işləri həyata keçirdiyinizə görə Sizə təşəkkür edirəm.
Torpaqlarımızda terror hadisələri törədən və çoxsaylı insan tələfatına səbəb olan qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü öz həllini tapmışdır. Bu qələbə ilə Siz təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, həm də haqq-ədaləti bərpa etdiniz. Ölkəmizin vətəndaşları Sizinlə fəxr edir və Sizin kimi Prezidenti, Ali Baş Komandanı olan bir dövlətdə yaşadıqları üçün özlərini çox xoşbəxt hesab edirlər.
Cənab Prezident, hər zaman sözünüz belə kəsərli, yumruğunuz dəmir kimi möhkəm, qərarlarınız müdrik olsun. Bütün bunlar bizim xoşbəxtliyimizin qarantıdır.
Hörmətlə,
Qasımova Günel.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.