11 sentyabr 2012, 11:00

Süleyman Piriyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizin xarici və daxili siyasətinin növbəti uğurlarına, xüsusilə də mərd və cəsur zabitimiz Ramil Səfərovun azad olunmasına görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. Biz bunu Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biri kimi qəbul edirik. Bu hadisə hamımızda milli qürur hisslərinin yüksəlməsinə səbəb oldu. Xüsusilə gənclərimiz üçün qorxmazlıq, cəsarət nümunəsi oldu. Əminik ki, belə igid zabit və əsgərlərimiz Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə düşmən tapdağı altında olan torpaqlarımızı da tezliklə azad edəcəklər.

Hörmətlə,

Piriyev Süleyman,

Gəncə Endrikrinoloji Xəstəxanasının baş həkimi

Azərbaycan Respublikası, Gəncə şəhəri