11 oktyabr 2023, 12:09
Fuad Heydərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Bu xalq, bu dövlət Ulu Öndər Heydər Əliyevdən Sizə əmanətdir. Sizin varlığınız Azərbaycan xalqı üçün zəmanət deməkdir. Mən Sizin apardığınız uğurlu siyasəti daim dəstəkləmişəm, bundan sonra da dəstəkləməyə davam edəcəyəm.
Otuz il işğal altında olmuş torpaqlarımız Sizin yorulmadan apardığınız uğurlu siyasətiniz, cəsarətiniz sayəsində azad olundu. Siz kimin kim olduğunu düşmənə göstərdiniz, haqqı tapdalanmış yüzminlərlə vətəndaşımızın haqqını, dövlətimizin suverenliyini tam bərpa etdiniz.
Qələbə münasibətilə Sizi təbrik edirəm.
Hörmətlə,
Heydərli Fuad
Azərbaycan Respublikası, Bakı şəhəri.