10 sentyabr 2012, 10:03

Səmadil Əliyeva və başqalarından, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Ramil Səfərovun Sizin sayənizdə Vətənimizə gətirilməsinə və Sərəncamınızla əfv edilməsinə görə Sizə şəxsən öz adımdan və pedaqoji kollektivimizin adından dərin təşəkkürümü bildirir, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Bu qətiyyətli hərəkətiniz və humanist addımınız bizim gənclərin cəsarətini və qürurunu daha da artırdı, onları Qarabağın azadlığı uğrunda daha səylə çalışmağa həvəsləndirdi. Buna görə çox sağ olun!

Gəncə şəhər 16, 25 və 29 saylı orta məktəblərinin müəllim və şagird kollektivləri adından hörmətlə,

Səmadil Əliyeva,
Elnurə Yusibova,
Valeh Hüseynov.

Azərbaycan Respublikası, Gəncə şəhəri.