11 sentyabr 2012, 09:40

E.Ağayevdən, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsində və dərhal əfv olunmasında atdığınız möhtəşəm addımınıza görə Sizə öz minnətdarlığımızı bildiririk və Sizi bu münasibətlə təbrik edirik. Sizin xarici siyasətiniz nəticəsində bu, ermənilərin təcavüzkar siyasətini müdafiə edənlər üzərində növbəti qələbənizdir. Biz ümid edirik ki, yaxın zamanlarda bu qələbə Qarabağ torpaqları üzərində olacaq.

Kürdəmir rayon Telekommunikasiya Qovşağının kollektivi adından hörmətlə,

E.Ağayev
Azərbaycan Respublikası, Kürdəmir rayonu