10 sentyabr 2012, 12:55

Barat Bağırovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanın mərd və igid zabiti Ramil Səfərovun respublikamıza gətirilməsi və onun cəzasının qalan hissəsindən azad edilməsi barədə verdiyiniz əfv Sərəncamı bütün qarabağlılar kimi məni də çox sevindirdi. Buna görə bütün islam ümməti, bütün din xadimləri və uca tanrıya inanan hər bir soydaşımız adından Sizə təşəkkür edirəm. Bildirirəm ki, bu Sərəncamınız həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyinə bir çağırışdır. Allah köməyiniz olsun.

Hörmətlə,

Bağırov Hacı Barat Vahab oğlu, Ağdam cümə məscidi dini icmasının rəhbəri.

Azərbaycan Respublikası, Ağdam rayonu.