Hörmət Salahovdan, İmişli, Azərbaycan
Əziz və hörmətli Prezident!
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyinin tamam olması və həmin gün Xankəndi şəhərində, eləcə də digər ərazilərdə Dövlət Bayrağımızı ucaltmağınız münasibətilə ürəkdən təbrik edirəm. İllər idi ki, Azərbaycan xalqı qələbəyə həsrət qalmışdı, Vətən nisgili ilə yaşayırdı. Haqlı olduğumuz halda qüruru qırılmış bir xalq kimi yaşamaq çox ağır idi. Lakin Vətən müharibəsində qazandığımız tarixi Qələbə, həmçinin ötən ay keçirilmiş antiterror tədbirlərinin uğurla nəticələnməsi ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Siz xalqımızın qırılmış qürurunu bərpa etdiniz, qamətini düzəltdiniz. İndi biz qalib ölkənin qalib vətəndaşları olmağın fərəh hissini yaşayırıq. Bu xoşbəxtliyi bizə Siz yaşadırsınız, cənab Prezident. Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Salahov Hörmət Xanlar oğlu, II qrup Qarabağ əlili.
Azərbaycan Respublikası, İmişli rayonu, Qızılkənd kəndi.