Azər Rzayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
2010-cu il avqustun 15-də 80 yaşımın tamam olması münasibətilə Sizin Sərəncamınızla mən “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuşam.
Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
On il bundan əvvəl 70 yaşım olanda məni ürəyimdə dərin məhəbbət bəslədiyim əbədi Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyev təbrik etdi. Bu gün isə ulu öndərimizin xalqımızın rifahı naminə gördüyü işləri yüksək səviyyədə davam etdirən Prezidentimiz cənab İlham Əliyevin təbrikini çox yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Bir daha dərin minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.
Sizə, həmçinin çox mehriban bir insana - Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ilhamlı olmağı və uzun illər birlikdə xoşbəxt həyat yaşamağınızı arzu edirəm.
Böyük hörmətlə,
Azər Hüseyn oğlu Rzayev
Xalq artisti, bəstəkar, professor
Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəqani küçəsi, ev 19/13, mənzil 9.