12 sentyabr 2012, 12:35
Abbas Mustafayevdən, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin memarı olduğu müstəqil Azərbaycanımızın üçrəngli bayrağının təhqir olunmasının qarşısını alan, o cümlədən erməni daşnakları tərəfindən işğal edilmiş qədim İrəvan mahalından və doğma Qarabağımızdan olan qaçqın və köçkünlərin qəlbini şad edən Ramil Səfərovun Azərbaycana gətirilməsindəki xidmətlərinizə və əfv olunmasına aid imzaladığınız Sərəncama görə özümün və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. El arasında qeyrətli oğullara aid belə bir gözəl deyim var:
“Ananın südü, atanın çörəyi sənə halal olsun”. Həqiqətən bu sözlər Sizə aiddir.
Hörmətlə və ehtiramla,
Mustafayev Hacı Abbas.
Azərbaycan Respublikası, Bakı şəhəri.