Hüseynağa Dadaşovdan, Lənkəran, Azərbaycan
Salam Azərbaycan xalqının fəxri, Azərbaycan xalqının yeni tarixini yazan Müzəffər Ali Baş Komandanı!
İlk növbədə, Sizi, Azərbaycan xalqını, Vətən yolunda canını qurban verən qəhrəman şəhidlərimizin valideynlərini 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli Bayrağımızın ucaldılması münasibətilə ürəkdən təbrik edirəm. Görülən bütün işlərdə Sizə uğurlar arzulayıram.
Vətən müharibəsindən əvvəl Sizə bir məktub ünvanlamışam. Orada siyasət aləmində qazandığınız uğurlar və bu uğurların qələbə ilə sona çatacağına inamımdan yazmışdım. Çoxları mənim fikirlərimi xəyalpərəst bir insanın fikirləri adlandırırdı. Lakin zaman göstərdi ki, Vətəni sevən güclü ordu, bu ordunu gücləndirməklə özünə dərin inam yaradan, güclü təfəkkürə malik müdrik Prezidentim siyasət aləminin mütəfəkkiridir.
Xankəndidə müstəqil Azərbaycanın Dövlət Bayrağını dalğalandıran İlham Heydər oğlu Əliyev, arzum budur ki, həmişə siyasət aləminin güclü siyasətçilərini dərin məzmunlu fikirlərinizlə çaşdırmağa davam edəsiniz. Görülən bütün işlərinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Dadaşov Hüseynağa, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.