Haxverdi Əliyevdən, Sabirabad, Azərbaycan
Cənab Prezident!
Bir azərbaycanlı olaraq, xalqını və millətini sevən bir vətəndaş kimi Sizin bütün xarici və daxili siyasətinizi bəyənərək həmişə dəstəkləyirəm və qürurlanıram.
Sizin göstərişinizlə vəzifəli şəxslər vaxtaşırı xalqla səyyar görüşlərdə olurlar. Əhalinin problemləri ilə maraqlanırlar. Bu da xalqda Sizə və dövlətçiliyimizə, dövlətin gələcəyinə inamı daha da artırır. Bütün bu işlərə və qələbəmizə görə Sizə və Ordumuza minnətdarıq.
Bütün bu işlər Sizin düzgün siyasətinizin bəhrəsidir. Sizi əmin edirəm ki, sadə xalq Sizinlədir. Allah Sizi qorusun, qələbəmiz mübarək olsun. Bayrağımız həmişə ucalarda dalğalansın.
Allahdan şəhidlərimizə rəhmət və qazilərimizə cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyev Haxverdi, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Narlıq kəndi.