12 sentyabr 2012, 12:45

Solmaz Qələmşah qızından, Bakı Azərbaycan

Hər sabahınız xeyirə açılsın, hər işıqlı səhəriniz müjdələrə yol olsun, cənab Prezident!

Biz, bütün Azərbaycan xalqı Sizinlə fəxr edirik. Sizi çox sevirik. Siz Ramil Səfərovun azadlığına səbəb oldunuz, onun bağışlanmasına Sərəncam verdiniz. Bu elə Azərbaycan xalqına bəsdir. İllərlə həsrətin çəkirdik. O, Vətənin oğludur, Azərbaycanın namus, qeyrət mücəssəməsidir. Sadə xalq daha həssasdır. Sanki işğal olunan hansısa bir rayonumuz azad olundu. Etdikləriniz bütün yaxşı əməllər balalarınızın qarşısına çıxsın. Allah Sizi bu xalqa çox görməsin. İstəyirik ki, bütün ömrünüzü bu xalqa həsr edəsiniz. Biz də Sizin arxanızda bir yumruq kimiyik. Günü sabah Qarabağımızı almaq lazım gələrsə, hamımız silaha sarılıb mübarizəyə qalxmağa hazırıq. Sizin bir kəlməniz bizə bəsdir. Təki Vətən və Siz sağ olun!

Hörmətlə,

Solmaz Qələmşah qızı, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi ev 58.

Azərbaycan Respublikası, Bakı şəhəri.