Təhminə Hacıyevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
İyirmi il öncə Ulu Öndərimiz Heydər Əliyevin ideologiyasını əsas tutan hər bir azərbaycanlı, müstəqil və azad ölkənin vətəndaşları olaraq seçim etmək üçün seçki məntəqələrinə üz tutdu və budur illər öncə edilmiş seçimin nəticələrini tək Azərbaycan yox, dünya miqyasında hər kəs gördü və görür.
Sizi əsrə bərabər olan prezidentlik fəaliyyətinizin 20-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, bu çətin, şərəfli və məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm.
Cənab Prezident, Siz Ulu Öndərin siyasi davamçısı olaraq, ata vəsiyyətinizi yerinə yetirərək, Şuşa şəhərini 44 günlük Vətən müharibəsində işğaldan azad etdiniz. Azərbaycanın adını tarixə qızıl hərflərlə yazan Sərkərdəsiniz.
2023-cü ilin sentyabr ayında Sizin əmrinizə əsasən rəşadətli Ordumuzun igid oğullarının şücaəti sayəsində başladılan, cəmi 23 saat davam edən antiterror tədbirləri ilə bütün şəhidlərimizin qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
2023-cü ilin 15 oktyabr tarixi - Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərləri və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığınız gün bütün dünya azərbaycanlılarının, hər bir Azərbaycan vətəndaşının qürur, fəxr günüdür.
“Bizim sözümüz imzamız qədər keçərlidir” - sözünüz və imzanızla qürur duyuruq, cənab Prezident!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın qalib xalqın əvəzolunmaz lideri cənab İlham Əliyev!
Hörmətlə,
Hacıyeva Təhminə
Azərbaycan Respublikası, Göygöl rayonu.