Etibar Verdiyevdən, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident.
Zəfərlərlə dolu təqvimimizə daha bir şanlı tarix - 2023-cü ili oktyabrın 15-i də əlavə olundu.
Həmin gün Siz Dövlət Bayrağımızı Xankəndidə və Qarabağın digər ərazilərində ucaltdınız, 44 günlük Vətən müharibəsi və son antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etdiniz.
Biz – Daşkəsən rayonunun gəncləri Azərbaycan xalqına bu sevinci, qüruru yaşatdığınıza və gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq.
İyirmi illik prezidentliyiniz dövründə Siz daim Azərbaycan gənclərinin yanında olub onlara diqqət və qayğı göstərmisiniz. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini, inamını qazanan bir rəhbər kimi gənclər tərəfindən sevilirsiniz.
Ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdiyinizə görə bütün Daşkəsən gəncləri adından Sizi təbrik edir, möhkəm cansağlığı, şərəfli dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Verdiyev Etibar
Azərbaycan Respublikası, Daşkəsən rayonu.